Morata "9"u seçdi

Morata "9"u seçdi

"Yuventus"un yeni transferi Alvaro Morata forma nömrəsini seçib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, ispan hücumçu 9 nömrəli forma ilə çıxış edəcək. Ötən mövsüm bu nömrəli forma Turin təmsilçisi ilə müqaviləsini ləğv edən Qonzalo İquainə məxsus idi.

Qeyd edək ki, "Yuventus" Moratanı bu mövsümün sonuna kimi "Atletiko"dan icarəyə götürüb.

Mənbə: qol.az