“Neftçi”in hücumçusu milliyə çağırıldı

“Neftçi”in hücumçusu milliyə çağırıldı

“Neftçi”in hücumçusu Prins İbara Konqo milli komandasına dəvət olunub.

Klub saytının verdiyi xəbərə görə, 24 yaşlı futbolçu oktyabrın 9-da Portuqaliyada baş tutacaq Qambiya – Konqo yoldaşlıq matçında iştirak edəcək heyətə cəlb edilib.

Qeyd edək ki, Prins İbara Konqo milli komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub.

Mənbə: www.oxu.az