"Atletiko" Luis Suareslə müqavilə bağladı

İspaniyanın "Barselona" komandasından ayrılan Luis Suaresin La Liqanın digər təmsilçisi "Atletiko"ya keçidi rəsmiləşib.

"Report" xəbər verir ki, bu gün tibbi müayinədən keçən uruqvaylı futbolçu ilə müqavilə imzalanıb.

33 yaşlı forvard qarşıdakı 2 mövsümü "Atletiko"da keçirəcək.

Qeyd edək ki, Suares 2014-cü ildən "Barselona"da çıxış edirdi. O, ötən mövsüm meydana çıxdığı 36 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Bakı Kuboku: şəhərin ən yaxşı iki təkər ustaları bəlli oldu

SONRAKI XƏBƏR

Neslihandan bu FOTOSUNU silməsini İSTƏDİLƏR - "Heç kim görmədən sil"