Messi: “Suares “Barsa”dan bu cür ayrılığa layiq deyildi”

“Barselona”nın hücumçusu Lionel Messi Luis Suaresin komandadan ayrılması ilə bağlı paylaşım edib.

Messi “Instagram” paylaşımında Suaresi başqa komandanın forması ilə görməyin qəribə olacağını qeyd edib.

“Sən istər fərdi, istərsə də komanda ilə vacib mükafatları qazanmış klub tarixinin ən mühüm oyunçularından biri kimi yola salınmağa layiq idin. “Barselona”dan bu cür getməyə layiq deyildin. Ancaq artıq heç nə məni təəccübləndirmir. Yeni klubda hər şeyin ən yaxşısını arzulayıram. Mən səni çox sevirəm. Görüşənədək, dostum”, - deyə Messi yazıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan ordusunun baş qərargah rəhbəri əsgərlərini ruh düşkünlüyündən xilas etmək üçün bu yola əl atır

SONRAKI XƏBƏR

"Formula-1"də daha 7 nəfərdə koronavirus aşkarlanıb