“O, gələcəkdə milliyə əsas namizədlərdəndir”

“O, gələcəkdə milliyə əsas namizədlərdəndir”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

"Qafqazinfo" xəbər verir ki, Sumqayıt təmsilçisinin çalışdırıcısı 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Bu gün futbolçularım meydanda istədiyim əzmkarlığı göstərdi. Məncə, taktiki baxımdan da düz oynadıq, istədiyimiz qolları vurduq. Son dəqiqədə qol buraxdığımız üçün məyus olduq. Əsas məqsədimiz futbolçularımızın oyundan-oyuna daha yaxşı performans göstərməsidir. Bu gün Aydın Bayramovun qapıda belə inamlı durması bizi sevindirir. O, gələcəkdə milliyə əsas namizədlərdəndir. Qarşıda bizi “Qəbələ” ilə çətin səfər oyunu gözləyir".

Mənbə: qafqazinfo.az