Bakı Kubokunun qalibləri

Bakı Kubokunun qalibləri

Trek velosipedi üzrə Bakı Kuboku keçirildi. Yarışda 60 idmançı qüvvəsini sınadı. Oğlanlar və qızlar 4 yaş qrupu üzrə qalibləri müəyyənləşdirdilər. Tamerlan Vitovskiy, Kamran Mirzəxanov, Nikita Sıtov və Musa Mikayılzadə oğlanların mübarizəsində baş mükafata sahib çıxdı. Radha Şabanova, Fatimə Əfqanzadə və Viktoriya Sidorenko qızların yarışında 1-ci oldu.

Mükafatçıları sırasına düşən digər idmançılara gəlincə. Ömər Musayev, Ravil Rzayev, Nofəl Nuriyev, Nəcəf Bağırov oölanlar, Diana Sidorenko, İradə Əbdürəhmanova və Zəhra Əfqanzadə fəxri kürsünün 2-ci və 3-cü pillələrinə qalxdılar.

 

Mənbə: www.realtv.az