Neymar "Əl-Hilal"ın baş məşqçisinin istefasını tələb edir

Neymar "Əl-Hilal"ın baş məşqçisinin istefasını tələb edir

"Əl-Hilal”ın hücumçusu Neymar Səudiyyə Ərəbistanı klubunun rəhbərliyindən Jorje Jesusun komandanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırılmasını tələb edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Qeyd olunur ki, braziliyalının Özbəkistan "Navbahor”ı ilə matçda rəqib oyunçunu itələyərək yıxıldıqdan sonra onu topla vurması baş məşqçi tərəfindən tənqid edilib və Neymarın xoşuna gəlməyib. "Əl-Hilal” rəhbərliyi artıq mütəxəssislə görüşüb, komandanın performansı yaxşılaşmasa, istefaya göndəriləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Neymar 2023-cü ilin yay transfer pəncərəsində Əl-Hilal klubuna keçib.

Mənbə: qaynarinfo.az