Tərtərdə mini futbol üzrə rayon çempionatına yekun vurulub

Tərtərdə mini futbol üzrə rayon çempionatına yekun vurulub

Tərtər, 26 sentyabr, AZƏRTAC

Tərtərdə şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə rayon çempionatı başa çatıb. Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda idarə-müəssisə və təşkilatlarının komandaları iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təltifetmə mərasimində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi yad edilib. YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov qalib komandaları təbrik edib, şəhid general-mayor Polad Həşimovun keçdiyi şərəfli döyüş yolundan, yarışın vətənpərvərlik ruhundakı mahiyyətindən söz açıb.

Sonra qaliblər fəxri fərman və kubokla təltif edilib.

Mənbə: azertag.az