"İnter"dən "Sampdoriya"ya

"İnter"dən "Sampdoriya"ya

“İnter” futbolçusu Antonio Kandreva karyerasını “Sampdoriya”yada davam etdirəcək.

Qol.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Genuya təmsilçisinə icarə əsasınds çıxış edəcək.

Razıloaşmaya əsasən, genuyalılar sonradan futbolçunu 3 milyon avroya transfer etməlidir. Onun müqaviləsi ümumilikdə 4 ili əhatə edir.

Qeyd edək ki, “İnter”də 151 matç keçirən Kandreva 18 qol vurub.

 

Mənbə: qol.az