Şok: Üç hakimdə koronavirus aşkarlandı

Şok: Üç hakimdə koronavirus aşkarlandı

Türkiyə Futbol Federasiyası hakimlərin koronavirusayoluxmasıyla bağlı açıqlama yayıb.

Sport7.az xəbər verir ki, 23 sentyabrda götürüləntestlərdən sonra üç hakimin qorxulu virusa yoluxduğu məlum olub.

Onlardan ikisi yüksək liqalarda, biri isə bölgəçempionatında idarəçilik edir. TFF həmin hakimlərin adlarını açıqlamayıb.

Təlimata əsasən, yoluxan hakimlər 14 gün müddətindəkarantində qalacaqlar.
 

Mənbə: sport7.az