Mahir Emreli "Dinamo"da növbəti qolunu vurdu

Mahir Emreli "Dinamo"da növbəti qolunu vurdu

 

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti qolunu vurub.

Metbuat.az xəbər verir ki, 26 yaşlı hücumçu "Rudes"ə qarşı keçirdikləri çempionatın IX tur oyununda fərqlənib. Emreli 38-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb.

Qeyd edək ki, matçda ilk hissə başa çatıb və "Dinamo" 2:0 hesabı ilə öndədir.

Mənbə: metbuat.az