"Legiya"nın iştirak ərizəsində dəyişiklik

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Polşa "Legiya"sının iştirak ərizəsində dəyişiklik edilib.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, müdafiəçi Vilyam Remi heyətdən çıxarılıb. Fransalı oyunçunun əvəzinə portuqaliyalı müdafiəçi Luis Roşa 30 futbolçudan ibarət siyahıya əlavə olunub.

Qeyd edək ki, oktyabrın 1-də Polşadakı "Voyska Polskoqo" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda poliklinikanı pozğunluq yuvasına çevirdilər

SONRAKI XƏBƏR

Nazarbayev Özbəkistan Prezidenti ilə Türk Konseyini müzakirə etdi – GÖRÜŞ