"Barselona"dan Martinesə gülünc təklif: ilk transfer məbləği açıqlandı

"Barselona"dan Martinesə gülünc təklif: ilk transfer məbləği açıqlandı

"Barselona"nın "İnter"in oyunçusu üçün təklif etdiyi ilk məbləğ açıqlanıb.

Offsideplus.az Sportbible-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hazırda satış qiyməti 100 milyon funt sterlinqdən çox olan Lautaro Martines üçün ilk olaraq 15 milyon funt sterlinq təklif edibmiş. Artıq "İnter"də qalmaq üzrə razılığa gələn argentinalı futbolçu bu məbləği eşidəndə çox təəccüblənib.

Xatırladaq ki, Luis Suarez klubdan ayrılandan sonra "Barselona" yeni hücumçu axtarışındadır.

Mənbə: offsideplus.az