Paracüdoçularımız Göygöldə təlim-məşq toplanışında iştirak edirlər

Paracüdoçularımız Göygöldə təlim-məşq toplanışında iştirak edirlər

Bakı, 26 sentyabr, AZƏRTAC

Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə kişilərdən və qadınlardan ibarət milli komandaları Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak edirlər.

Komitədən AZƏRTAC-a bildiriblər ki, təlim-məşq toplanışının məqsədi qarşıdakı yarışlara və “Tokio-2020” Yay Paralimpiya Oyunlarına hazırlıqdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil olunan təlim-məşq toplanışı açıq hava şəraitində keçirilir.

 

Mənbə: azertag.az