"Sabah"dan daha bir transfer

"Sabah"dan daha bir transfer

"Sabah" klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, paytaxt klubu gənc hücumçu Kamran Quliyevlə müqavilə bağlayıb.

20 yaşlı forvardla sözləşmənin detalları barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Quliyev son olaraq Litvanın "Jonava "klubunda çıxış edib. O, Azərbaycan U-17 və U-19 millilərinin formasını geyinib.

Mənbə: offsideplus.az