Əsgərovun komandası yenə uduzdu

Əsgərovun komandası yenə uduzdu

Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi "Super Nova” Latviya 1-ci liqasında 12-ci turun matçına çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən kollektiv doğma meydanda "Auda” ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

Vüqar Əsgərov zədəli olduğu üçün bu görüşün iştirakçısı olmayıb.

Qeyd edək ki, 11 oyuna 14 xal toplamış "Super Nova” 9 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Fanat.Az

Mənbə: www.fanat.az