Ronald Kuman Suaresin getməsi ilə bağlı ilk açıqlamasını verdi

Ronald Kuman Suaresin getməsi ilə bağlı ilk açıqlamasını verdi

"Barselona" klubunun yeni baş məşqçisi Ronald Kuman komandanın sabiq futbolçusu Luis Suaresin gedişindən sonra ilk dəfə bu barədə danışıb.

Offsideplus.az xəbər verir ki, dünya mediasında bu məsələdə əsas "günahkar" olaraq göstərilən niderlandlı mütəxəssis məsuliyyəti boynundan atıb.

57 yaşlı baş məşqçi bunun klubun qərarı olduğunu bildirib:

"Hər kəs bu "film"də mənim pis adam olduğumu düşünür, ancaq bu belə deyil. Bu qərar klub tərəfindən verilib".

Kuman bundan sonra heyətdə heç bir ayrılığın olmayacağını da bildirib:

"Artıq heç kim klubdan ayrılmayacaq. Hər kəs komanda üçün oynayacaq".

Qeyd edək ki, Kataloniya təmsilçisinin uruqvaylı hücumçusu Luis Suares bu günlərdə Madrid "Atletiko"su ilə müqavilə imzalayıb.

Mənbə: offsideplus.az