Qvardiola tənqid etdi

Qvardiola tənqid etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbol yarışlarının təqvimini tənqid edib.

Qol.az goal.com-a istinadən xəbər verir ki, o deyib: “Söhbət bir tək “Mançester Siti”dən getmir. Mən bütün klublar və ölkələr barədə danışıram. İndi heç kimi futbolçu düşündürmür. Hamı – Premyer Liqa, UEFA, İngiltərə Futbol Assosiasiyası yalnız öz marağı və biznesi barədə fikirləşir.

Futbolçuların 2 həftə hazırlıq imkanı oldu. İndi onlar 11 ay ərzində həftədə 3 matç keçirməlidir. Əgər sussaq, heç nəyi dəyişə bilməyəcəyik. Mən başa düşürəm ki, koronavirusla bağlı durum bütün sahələr üçün istisnadır. Biz isə istisna deyilik. Hazırda bizim üç futbolçumuz milli komandalarının düşərgəsindən zədəli qayıdıb. Klublar buna nəzarət edə bilmir. Milli komandalar futbolçuları 4 gün ərzində 2 oyuna çıxarıb. Unutmayaq ki, onlar insandır, robot deyil”.

Mənbə: qol.az