Bundesliqa klubu baş məşqçini istefaya göndərdi

Bundesliqa klubu baş məşqçini istefaya göndərdi

“Şalke” baş məşqçisi David Vaqneri istefaya göndərib.

Qol.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir. 48 yaşlı mütəxəssislə 2022-ci ilin yayına qədər olan müqavilə ləğv edilib.

Vaqner 2019-cu ilin mayın 9-da baş məşqçi təyin edilmişdi. Onun rəhbərliyi altında komanda uğursuz çıxış edib. Son dəfə onlar bu ilin yanvarın 17-də qələbə qazanıb. Son 18 matçda isə “Şalke” 12 oyunda uduzub, 6 görüşdə heç-heçə edib. Hazırda komanda Almaniya bundesliqasında 2 turdan sonra sonuncu yerdədir.

 

Mənbə: qol.az