Fati "Barselona"da qalacaq

Fati "Barselona"da qalacaq

“Barselona”dan ayrılacağı haqda xəbərlər yayılan Ansu Fati komandada qalacaq.

Qol.az xəbər verir ki, ötən gün 17 yaşlı yarımmüdafiəçinin agenti Kataloniya klubuna oyunçu üçün gələn 125+25 milyon avroluq transfer təklifini təqdim edib. Lakin La Liqa təmsilçisi bu təklifi dərhal rədd edib.

Bundan əlavə Fatiyə transfer təklifi göndərən komandanın adı açıqlanmasa da, onun "Mançester Yunayted” olduğu güman edilir.

Qeyd edək ki, A.Fatinin transfer dəyəri 400 milyon avro müəyyən edilib.

Mənbə: qol.az