AFFA-nın “qısırlaşdırdığı” Azərbaycan futbolu

AFFA-nın “qısırlaşdırdığı” Azərbaycan futbolu

Amal ABUŞOV

"Yolun açıq olsun, Halim hoca!” – özümdə mənəvi borc hiss etdim ki, yazıma bu sözlərlə başlayım. Bəli, Halim Fıçıcı Azərbaycanı,daha doğrusu, "Qəbələ” Futbol Akademiyasını tərk etdi. Bu gedişdən Azərbaycanfutbolunun nələr itirdiyini zaman keçdikcə daha ciddi şəkildə hiss edəcəyik.Yaxşılar gedir, meydan pislərə qalır. Heç kim bu sözlərimdən inciməsin. Azərbaycanfutbolunun hazırkı reallığı məhz belədi.

Türkiyəli mütəxəssis "Qəbələ”ninakademiyasının strukturunun qurulması, aşağı yaş qrupları üzrə komandalarınformalaşması, məşqçilər korpusunun təşkilində əvəzsiz xidmətlərə malik idi.Gözümüzün işığı saydığımız yerli məşqçilər yeni-yeni "lipalar” düzüb-qoşmaqla məşğulolanda, sənəd saxtalaşdırmaq üzərində baş sındıranda, Halim hoca Nail Kərimovlabirlikdə ciddi işlər görürdü. Çox keçmədi ki, biz o ciddi işlərin nəticəsinigörməyə başladıq. Beləcə "Qəbələ” Azərbaycan futbolu üçün yeni fabrikəçevrildi. Bu akademiyanın yetirmələri müxtəlif klublara transfer olunmaqlayanaşı, milli komandalarda əsas söz sahibinə çevrilməyə başladılar.

Bugünlərdə Bakıda təlim-məşq toplanışı keçəcək U-17millimizin heyətində "Qəbələ”nin 7 futbolçusu var. U-19-da isə bu say 4-ə bərabərdi.Təsəvvür edin, Azərbaycanın 3-4 bölgəsində Qəbələdəki kimi akademiyalarolsaydı, uşaq futbolunun inkişafı üçün düzgün istiqamət götürülsəydi, indimillilərimizin heyətində nə qədər istedadlı yeniyetmə futbolçu olardı. İllərdivəziyyətin düzələcəyinə, AFFA-nın, nəhayət, yanlış yoldan çəkiləcəyinə ümidedirdik. Amma əksi oldu. AFFA-nın futbolumuz üzərindəki əsarəti güclənməkdədavam edir. Əvəzində "Qəbələ” zəifləyir və yavaş-yavaş mövqelərini əldən verir.Mövqe deyəndə ağlınıza başqa şey gəlməsin. Bu mövqe AFFA-ya qarşı əks tərəfdədayanan hansısa əlahiddə güc deyildi. Sadəcə, Azərbaycan futbolunun gələcəyiüçün çalışan, futbolçu yetişdirən, istedadlı balalarımıza qucaq açan, onlarıdoğru yola yönəldən bir ocaq idi. İndi həmin ocaq yavaş-yavaş sönür, közəçevrilir. Kaş həmin közü qorumağa, yaşatmağa gücümüz çataydı. Məlum məsələdiki, bunun üçün maddi vəsait lazımdı. Hər bir işi qurmaq, ona başlamaq çətindi.Amma Qəbələdə hazır qurulmuş sistem var, illərdi həmin sistem öz bəhrəsini dəverir. Deməli, o sistemi dağılmağa, ocağı sönməməyə qoymaqla gələcəyimiz üçünvacib addım atmış olarıq.

Görünən odu ki, bu heç də asan olmayacaq. İllərdi"Qəbələ”yə, onun akademiyasına öz cibindən pul xərcləyən sponsorlar, dahakonkret desək, Heydərovlar ailəsi əvvəlki qüdrətini itirib. Artıq futbolaayırmaq üçün əvvəlki kimi böyük pullar yoxdu. Loru dillə desək, onların da puluçatmayandan sonra bu ölkədə kim futbola pul xərcləyər? Qəbələdəki akademiyanıayaqda saxlamaq üçün yeni gücə, pul xərcləyəcək səxavətli sponsorlara ehtiyacvar. Düşünmək, baş sındırmaq əbəsdi. Fərqi yoxdu, kiminsə pulu Heydərovlardançox olsa belə, onlar kimi həmin pulu futbola xərcləyəcək adam tapmaq xeyli çətin,hətta imkansızdı. Deməli, ikinci belə bir şəxsin ortaya çıxmasını, onun "Qəbələ”Futbol Akademiyasının xərclərini öz üzərinə götürəcəyini gözləməyimiz boş məşğuliyyətdi.Belədə gözlər AFFA-ya çevrilir. Ölkənin ən varlı qurumlarından birinə. Onsuz da"boz bina”da oturanlar illərdi futbolun inkişafı adı altında milyonlarısağa-sola xərcləyirlər. Həmin milyonların, əcnəbilərə yedirilən pulların çox azfaizi "Qəbələ”ni xilas etmək, ordakı uşaqları qorumaq üçün yetərlidi.

Bilirəm, siz də mənim kimi AFFA-nın bu fədakarlığıedəcəyinə inanmırsız. Çünki illərdi onlardan belə davranış, uzaqgörən ağıllıaddım görməmisiz. Ona görə də özümün inanmadığım şeyə sizi də inandırmağaçalışmıram. AFFA-dakı işbazların ən yaxşı bacardıqları iş futbolçu "milliləşdirməkdi”.Azərbaycan futbolunun sabahı onların vecinə də deyil. Futbolumuzu"qısırlaşdırırlar”. Əvəzində öz biznesləri şaxələnir, imperiyaları güclənir,milyonçuya çevrilirlər. Azərbaycan futbolunun xarabalıqları üzərində özlərinəxoşbəxtlik quranların niyyəti bu ölkədə futbolçu yetişdirmək deyil. Ona görə dəonların Azərbaycan pasportu verdiyi futbolçular arasında sonradan erməniklublarına keçənlər də olur, terrorçu Abdulla Öcalanın portretini başı üzərinəqaldıranlar da. Təəssüflər olsun ki, onların bu mənfur siyasətinə "dur” deyəcəkqüvvə tapılmır. Orqan mafiyası kimi çalışan məlum dəstə öz işindədi.

Yeni "tapıntılar” da var. "Dənizlispor”dan ƏmrəYıldırım, "İstanbul BŞ”dən Sərhan Ürəsin U-19 millimizin toplanışına dəvətalıblar. AFFA-nın başbilənlərində abır-həya olsa, bu sualımıza cavab verərlərki, Ürəsinlə Yıldırım hansı keyfiyyətlərinə görə bəyənilib, onları Azərbaycanlanə bağlayır, ümumiyyətlə, bu biabırçı siyasətə nə vaxt son qoyulacaq?Dostlarımızdan biri deyir ki, əvvəllər yalandan olsa da, "milliləşdirdiklərinin”ulu nənə-babasının azərbaycanlı olduğunu yazdırırdılar, indi heç ona da ehtiyacgörmürlər. Bunun da səbəbi məlumdu – cəzasızlıq, ictimai qınağın olmaması. Ümidedək ki, bunun bir sonu gələcək...

 

Mənbə: "Futbol+” qəzeti

Mənbə: sport7.az