Messinin uğuru 8 ildən sonra təkrarlandı

Messinin uğuru 8 ildən sonra təkrarlandı

"Barselona” La Liqanın III turunda "Vilyarreal”ı 4:0 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, Katanloniya klubunun futbolçusu Ansu Fati ulduz futbolçu Lionel Messinin uğurunu təkrarlayıb. 18 yaşlı hücumçu görüşün ilk 20 dəqiqəsində dubla imza atmaqla buna nail olub.

İspaniyalı oyunçu 15-ci və 19-cu dəqiqələrdə fərqlənməklə 8 il ərzində ilk 20 dəqiqədə iki qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Daha əvvəl Kataloniya təmsilçisində bu uğura Marti Vontolre (1933), Sandor Koçiş (1961), Lafos Bustilyo (1969) və Lionel Messi (2012) nail ola bilib.

Fanat.Az

Mənbə: fanat.az