Argentinalı müdafiəçi İbrahimoviç üslubunda qol vurdu

Argentinalı müdafiəçi İbrahimoviç üslubunda qol vurdu

Niderlandın "Feyenoord" komandasının futbolçusu Markos Senesi baxımlı qola imza atıb.

101.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Erediviziyada III turun "Den Haq"la matçında fərqlənib. Argentinalı oyunçu 57-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb.

Senesinin qolu İtaliya "Milan"ında çıxış edən Zlatan İbrahimoviçin üslubuna bənzədilib.

Qeyd edək ki, qarşılaşma "Feyenord"un 4:2 hesablı qələbəsi ilə yekunlaşıb

Mənbə: 101.az