"Siti"dən yeni transfer

"Siti"dən yeni transfer

“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirir.

Qol.az xəbər verir ki, İngiltərə klubu “Benfika”nın müdafiəçisi Rubin Diasla razılaşıb. Bu barədə Portuqaliya təmsilçisinin saytı məlumat yayıb.

“Şəhərlilər” 23 yaşlı oyunçuya görə qarşı tərəfə 68 milyon avro ödəyəcək. Əlavə olaraq futbolçu “Mançester Siti”də yaxşı çıxış edəcəyi təqdirdə Lissabon klubu 3 milyon 600 min avro bonus qazanacaq.

Qeyd edək ki. R.Dias 2017-ci ildən “Benfika”nın əsas komandasında çıxış edir.

Mənbə: qol.az