Bundesliqa klubunda istefa

Bundesliqa klubunda istefa

“Maynts” baqş məşqçisi Axim Bayorlortser ilə yollarını ayırıb.

Qol.az xəbər verir ki. bu haqda klubun rəsmi saytı məlumat yayıb. 52 yaşlı mütəxəssisin istefaya göndərildiyi bildirilib.
"Maynts" bu mövsüm Bayorlortserin baş məşqçiliyi ilə 2 matça çıxıb və hər ikisində məğlub olub. Komanda əvvəlcə "Leyptsiq"ə (1:3), daha sonra isə "Ştutqart"a (1:4) uduzub.

Qeyd edək ki, "Maynts"ı müvəqqəti baş məşqçi olaraq Yan Moritz Lixte çalışdıracaq.

Mənbə: qol.az