Kevin-Prins Boatenq B seriyası klubunda

Kevin-Prins Boatenq B seriyası klubunda

"Barselona" və "Milan"ın sabiq futbolçusu Kevin-Prins Boatenq karyerasını İtaliya B seriyasında davam etdirəcək.

Qol.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Monza" klubu ilə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb. Müqavilənin müddətinin daha 1 il uzadılması imkanının olduğu bildirilib.

Qeyd edək ki, Boatenq ötən mövsümün ikinci yarısını icarə əsasında "Beşiktaş"da keçirib.

Mənbə: qol.az