PSJ qapıçısı ilə yeni müqavilə imzaladı, sonra icarəyə verdi

PSJ qapıçısı ilə yeni müqavilə imzaladı, sonra icarəyə verdi

PSJ qapıçısı Marçin Bulka ilə yeni müqavilə imzalayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, polşalı qolkiperlə müqavilənin müddəti 2025-ci ilin iyununa kimi uzadılıb. Paris təmsilçisi 20 yaşlı oyunçu ilə yeni müqavilə imzaladıqdan sonra onu bu mövsümün sonuna kimi İspaniya 2-ci divizion təmsilçisi "Kartagena"ya icarəyə verib.

Qeyd edək ki, PSJ Bulkanı ötən il transfer edib.

Mənbə: qol.az