Klub prezidenti kubokda uduzan komandasına qeyri-adi cəza verdi

Klub prezidenti kubokda uduzan komandasına qeyri-adi cəza verdi

Portuqaliyanın "Lusitania" klubunun prezidenti Uqu Mendeş ölkə kubokunda "San-Juan-de-Ver"ə uduzan komandasını qeyri-adi üsulla cəzalandırıb.
"Axin.az" xəbər verir ki, futbolçular 0:1 hesablı məğlubiyyətə görə matçın keçirildiyi stadiondan bazayadək 5 km-lik məsafəni piyada getməli olublar.
U.Mendeşin həmçinin oyunçuların fiziki durumundan narazı qaldığı üçün bu addımı atdığı bildirilib.
Klub prezidentinin hərəkəti ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb. Portuqaliya Oyunçular İttifaqı (SAFP) Mendeşin dərhal üzr istəməli olduğunu açıqlayıb.
Qeyd edək ki, Portuqaliya kubokuna 4 liqadan ümumilikdə 165 komanda qatılır. Yuxarı liqa təmsilçiləri mübarizəyə 3 mərhələdən start verirlər.

Mənbə: axin.az