“Milan” “Mançester Yunayted”dən müdafiəçi alır

“Milan” “Mançester Yunayted”dən müdafiəçi alır

İtaliyanın "Milan" klubu heyətini yeni müdafiəçi ilə gücləndirəcək.

Milli.Az apasport.az-a istinadla bildirir ki, A seriyası təmsilçisi İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Dioqo Dalotu almağa qərar verib.

İtaliyalılar 21 yaşlı portuqaliyalı ilə bağlı rəsmi müraciət ünvanlayıb. "Milan" müdafiəçini sonradan almaq hüququ ilə icarəyə götürmək istəyir.

İngiltərəlilərin Dalotu satmaqda maraqlı olmadığı bildirilir. Bu səbəbdən də Milanın eyniadlı təmsilçisi yeni təklif irəli sürmək barədə düşünür.

Milli.Az

Mənbə: news.milli.az