UEFA: Hərbi vəziyyət Azərbaycan yığmasının oyununa təsir etməyəcək

UEFA: Hərbi vəziyyət Azərbaycan yığmasının oyununa təsir etməyəcək

Dağlıq Qarabağda baş verən hadisələr UEFA Millətlər Liqasının təqviminə təsir etməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu qitə futbol qurumu Rusiyanın news.ru saytının sorğusuna əsasən açıqlayıb.

UEFA-dan bildirilib ki, hərbi vəziyyətə baxmayaraq Azərbaycan və Ermənistan yığmalarının oktyabr ayında keçiriləcək görüşlərinin öncədən planlaşdırıldığı şəkildə təşkil olunacaq: “UEFA vəziyyəti diqqətlə izləyir və qarşıdakı bütün oyunların təqvimə uyğun keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, Azərbaycan millisi Bakıda növbəti ev oyununu oktyabrın 13-də Kiprə qarşı keçirəcək. Ermənistan isə bundan iki gün əvvəl Gürcüstanı qəbul edəcək.

Mənbə: apa.az