"Bavariya" qapıçısını icarəyə vermək istəyir

"Bavariya" qapıçısını icarəyə vermək istəyir

"Bavariya” qapıçısı Aleksandr Nyubeli icarəyə vermək niyyətindədir.

Sport7.az xəbər verir ki, 23 yaşlı qolkiperin taleyi digər qapıçı Sven Ulrayxın qərarından asılıdır. Manuel Noyerin kölgəsində qalan Ulrayx komandadan getmək istəyir. Amma 32 yaşlı qapıçı "Herta”nın təklifini rədd edib.

"Bavariya” Ulrayxı heyətində saxlasa, Nyubel icarəyə göndəriləcək. Bu il transfer olunan Aleksandla bağlı konkret təklif gəlməsə də, münhenlilər Noyerə iki əvəzləyici saxlamaq niyyətində deyil.

Mənbə: sport7.az