"Keşlə" və "Sabah"ın legionerləri milliyə çağırıldı

"Keşlə" və "Sabah"ın legionerləri milliyə çağırıldı

Moldova millisinin İtaliya ilə yoxlama oyunu, Millətlər Liqasında Yunanıstan və Sloveniya ilə görüş üçün heyəti açıqlanıb.

Qol.az Moldova Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Engin Fıratın 23 nəfərlik siyahısında "Keşlə"nin qapıçısı Stanislav Namaşko və "Sabah"ın yarımmüdafiəçisi Yevgeni Koçuk da yer alıb.

Qeyd edək ki, Moldova okrtabrın 7-i İtaliya, oktyabrın 11-i Yunanıstan və oktyabrın 14-ü Sloveniya ilə qarşılaşacaq.

Mənbə: qol.az