Ruslan Abışov: "Vətən uğrunda şəhidlikdən gözəl nə ola bilər ki?!"

Ruslan Abışov: "Vətən uğrunda şəhidlikdən gözəl nə ola bilər ki?!"

Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah" klubunun kapitanı Ruslan Abışov son günlər cəbhədə baş verən hadisələrə münasibət bildirib.

33 yaşlı futbolçu "

Report"a açıqlamasında ön xətdəki vəziyyətlə bağlı narahat olduğunu söyləyib.

Təcrübəli oyunçu hazırda fikrinin yalnız əsgərlərin yanında olduğunu vurğulayıb: "Yaxsı xəbər görmək arzusu ilə, tez-tez saytları izləyirəm. Dualarımız onlarladır. Hələ ki, gücümüz buna çatır".

Azərbaycan millisinin sabiq müdafiəçisi deyib ki, Vətən uğrunda döyüşməyə, şəhid olmağa hazırdır: "Ondan gözəl nə ola bilər ki?! Ürəyimiz prezidentimiz, ordumuz və Vətənimizlədir. İnanıram ki, qələbə bizim olacaq. Allah bütün əsgərlərimizi qorusun. Şəhid olan qardaşlarımıza Allah rəhmət eləsin. Vətən sağ olsun"!

 

Fanat.Az

Mənbə: fanat.az