Drqoba UEFA prezidenti tərəfindən mükafatlandırılacaq

Drqoba UEFA prezidenti tərəfindən mükafatlandırılacaq

“Çelsi”nin və Kot-d`İvuar millisinin sabiq futbolçusu Didier Droqba UEFA prezidenti tərəfindən mükafatlandırılacaq.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu haqda qurumun prezidenti Aleksandr Çeferin açıqlama verib. O, Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı 42 yaşlı sabiq hücumçunun yüksək peşəkarlığa və müstəsna keyfiyyətlərinə görə mükafatlandırılacağını bildirib.

Qeyd edək ki, Didier Droqba 2004-2012, 2014-2015-ci illərdə “Çelsi”də çıxış edib. O, 2013-2014-cü illərdə də “Qalatasaray”da oynayıb.

Mənbə: qol.az