PSJ "Tottenhem"in futbolçusunu istəyir

PSJ "Tottenhem"in futbolçusunu istəyir

PSJ İngiltərə təmsilçisi "Tottenhem”in futbolçusu Dele Allini heyətinə cəlb etməkdə maraqlıdır.

Sport7.az xəbər verir ki, klublar arasında danışıqlara artıq start verilib. Parislilər İngiltərə millisinin üzvünü ilk mərhələdə icarəyə götürmək niyyətindədir. PSJ "transfer pəncərəsi”nin bağlanacağı 5 oktyabr tarixinə qədər keçidi həll etməyə çalışır. Bu məsələdə son qərarı "Tottenhem”in pezidenti Daniel Levi verəcək.

2015-ci ildən "Tottenhem”in formasını geyinən Dele Allinin müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Sport7.az

Mənbə: sport7.az