“Liverpul”un yarımmüdafiəçisi koronavirusa yoluxub

“Liverpul”un yarımmüdafiəçisi koronavirusa yoluxub

“Liverpul” klubunun ispaniyalı yarımmüdafiəçisi Tiaqo Alkantara koronavirusa yoluxub.

Bu barədə xəbər “mersesaydlılar”ın rəsmi internet saytında məlumat dərc edilib.

Qeyd olunur ki, 29 yaşlı futbolçu tibbi qaydalara uyğun olaraq karantinə yerləşdirilib.

“Klub COVID-19 ilə əlaqədar bütün protokollara əməl edəcək. Tiaqo lazımi qədər özünü təcridetmə rejimində qalacaq”, - “Liverpul” klubun yaydığı rəsmi açıqlamada qeyd olunub.

Mənbə: www.oxu.az