Bosniyalı qapıçı: “Qarabağ Azərbaycandır”

Bosniyalı qapıçı: “Qarabağ Azərbaycandır”

Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna dəstək davam edir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqada çıxış edən futbolçularla yanaşı, vaxtilə ölkəmizdə oynamış əcnəbi oyunçular da Dağlıq Qarabağda baş verən hadisələrə biganə qalmır.

Onlardan biri də “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçdir. İnstaqram səhifəsi vasitəsilə paylaşım edən Türkiyənin “Konyaspor” klubunun qolkiperi Azərbaycanın yanında olduğunu ifadə edib. Azərbaycan bayrağının şəklini paylaşan Bosniya və Herseqovina millisinin üzvü üzərinə "Bütün dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”, - yazıb.

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub.

Mənbə: apa.az