"Qarabağ"ın sabiq legioneri: "Azərbaycan çempionatında rəqabət yoxdur"

"Qarabağ"ın sabiq legioneri: "Azərbaycan çempionatında rəqabət yoxdur"

"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə Azərbaycan çempionu arasında keçiriləcək matç barədə danışıb.

Fanat.Az xəbər verir ki, Plotsk "Visla"sında çıxış edən 33 yaşlı müdafiəçi sabiq komandası haqda bunları söyləyib: "Ümid edirəm ki, "Legiya" böyük təzyiq ilə oynayacaq. Bu isə "Qarabağ"ın xoşuna gəlməyəcək.

Azərbaycan çempionatı ilə bağlı da danışan Jezniçak Ağdam klubunun daxili çempionatda rahat oynadığını qeyd edib: "Çünki rəqabət yoxdur. Onlar asanlıqla hücuma keçirlər və bunu çox yaxşı bacarırlar. İnanıram ki, "Legiya" buna imkan verməyəcək, ilk dəqiqələrdən öz oyununu göstərəcək və rəqibin cinahlardan hücumunun qarşısını alacaq. Tərəflərin durumunu nəzərə alaraq, cütün taleyinin penaltilər seriyasında həll oluna biləcəyini düşünürəm".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, Jezniçak "Qarabağ"ın formasını 2017 - 2019-cu illərdə geyinib.

Fanat.Az

Mənbə: fanat.az