Orduya yollanan tanınmış idman adamları – SİYAHI

Orduya yollanan tanınmış idman adamları – SİYAHI

Ali Baş Komandan İlhamƏliyevin çağırışına səs verərək, orduya yollanan igid azərbaycanlılar arasındaidman ailəsinin üzvləri də var.

Sport7.az xəbər verir ki,MMA döyüşçüsü Tofiq Musayev artıq dünəndən ordu sıralarına yollanıb.

Futbol hakimi Kamal Umudlu,"CBC Sport”un əməkdaşı Süleyman Vəliyev, Taekvando üzrə Avropa Oyunlarınınqalibi, Avropa çempionatının mükafatçısı Ayxan Tağızadə də vətənin müdafiəsiüçün hərbi paltar geyinəcək.

İdman mətbuatında maraqlıyazıları ilə tanınan Şıxı Bayramlı da düşmənin cavabını vermək üçün cəbhəyəyollanır.

Siyahını tamamlamaq bir qədərçətindi. Çünki hazırda da proses davam edir, idman ailəsinin üzvləri də digər vətənövladları kimi orduya yollanırlar.

Tanrı Azərbaycan əsgəriniqorusun. İnşallah, qələbə yaxındadı.

Sport7.az

Mənbə: sport7.az