Mirça Luçesku 75 yaşında Çempionlar Liqasının tarixinə düşüb

Mirça Luçesku 75 yaşında Çempionlar Liqasının tarixinə düşüb

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis 1992-ci ildən mövcud olan qrup mərhələsinə komanda çıxaran ən yaşlı baş məşqçi olub.

Ukrayna vitse-çempionunun çalışdırıcısı buna 75 yaşında imza atıb. Bunadək rekord Yupp Haynkesə məxsus idi. Alman mütəxəssis 2017/18 mövsümündə “Bavariya” ilə qrup mərhələsi həyəcanını 72 yaşında yaşayıb.

Qeyd edək ki, “Dinamo” 2016-cı ildən sonra ilk dəfə Çempionlar Liqasının qrupuna yüksəlib.

Mənbə: apa.az