Məşhur azərbaycanlı döyüşçü Orduya qatıldı

Məşhur azərbaycanlı döyüşçü Orduya qatıldı

Məşhur azərbaycanlı döyüşçü, Rizin Döyüş Federasiyasının çempionu Tofiq Musayev könüllü olaraq Ordumuzun sıralarına qatılıb.

Axar.az xəbər verir ki, bu məlumatı jurnalist Bruno Massami öz Tvitter səhifəsində paylaşıb.

Qeyd edək ki, Musayev Bakıda anadan olub. O, peşəkar döyüşçü kimi 2013-cü ildən çıxış edir. İndiyə qədər o, döyüşlərdə 16 qələbə qazanıb və cəmi 3 məğlubiyyəti var.

Mənbə: axar.az