"Varşavada çoxdandır "Qarabağ" kimi güclü komanda olmayıb" - Yakub Jezniçak

“Qarabağ”ın büdcəsi ümumiyyətlə, Avropa Liqasının qrupuna düşmələrindən asılı deyil. Varşavada çoxdandır bu qədər güclü komanda olmayıb. Son illərdə “Qarabağ” avrokuboklarda çox yaxşı çıxış edir, misilsiz nəticələr göstərir”.

Qol.az xəbər verir k, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak yerli "przegladsportowy.pl" nəşrinə açıqlamasında deyib.
2004-2017-ci illərdə “Legiya”nın kapitanlıq sarğısını daşıyan 33 yaşlı müdafiəçi Ağdam təmsilçisinin Avropa Liqasının pley-off mərhələsində Varşava klubu ilə keçirəcəyi matçdan da danışıb və görüşün hər iki komanda üçün gərgin keçəcəyini bildirib:

“Düşünürəm ki, mən “Qarabağ”da oynayanda legionerlər daha güclü idi. Amma bu, onların hazırda zəif olduğunu ifadə etmir. Bununla yanaşı, “Legiya”nın matçda fürsəti ola bilər. Ümid edirəm ki, komanda yüksək təzyiq göstərəcək. “Qarabağ” bunu sevmir. Yerli çempionatdakı qarşılaşmalarında rahatlıq olur. Çünki rəqib komandalar geri çəkilir. Belə halda “Qarabağ” hücum etməyi həqiqətən də yaxşı bacarır. Ümid edirəm ki, “Legiya” buna imkan yaratmayacaq, oyunu əvvəlcədən özü quracaq və Azərbaycan komandasına şans verməyəcək”.

Qeyd edək ki, oktyabrın 1-də Varşavadakı “Voyska Polskieqo” keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Xatırladaq ki, Y.Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”da çıxış edib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilərin bu gün Tərtərdə yaraladıqları mülki şəxslərin adları - FOTO

SONRAKI XƏBƏR

Orxan Gəncəbay: “Biz haqqın yanındayıq”