"Keşlə"nin futbolçusu: "Bu Vətən üçün hamımız şəhidliyə hazır olmalıyıq"

"Keşlə"nin futbolçusu: "Bu Vətən üçün hamımız şəhidliyə hazır olmalıyıq"

"Hər bir vətəndaş kimi Vətəni qorumaq borcumuzdur. Mənim də istəyim odur ki, torpaqlarımız işğaldan azad olunsun".

Bu fikirləri "

Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Tərlan Quliyev son günlər cəbhədə baş verən hadisələr barədə danışarkən deyib.

28 yaşlı müdafiəçi bildirib ki, artıq işğala son qoymağın vaxtıdır: "Erməni şərəfsizliyinə bu cür cavab vermək lazımdır. Neçə-neçə igid oğullarımız şəhid olur. Ölkəmiz üçün hamımız buna hazır olmalıyıq. Qısa zamanda torpaqlarımızı erməni işğalından azad etmək lazımdır".

Təcrübəli oyunçu sonda Azərbaycan əsgərinə güc-qüvvət, xalqımıza isə səbr arzulayıb.

 

Fanat.Az

Mənbə: www.fanat.az