“Tottenhem” – “Çelsi” oyununda bənzərsiz olay – Şəkil

Dünən keçirilən İngiltərə Liqa Kubokunun “Tottenhem” – “Çelsi” görüşündə (1:1, penaltilər seriyasında 5:4) qəribə hadisə baş verib.

Qol.az-ın xəbərinə görə, 76-cı dəqiqədə, “Çelsi” hesabda 1:0 öndə olarkən “Tottenhem”li oyunçu Erik Dayer qəflətən meydanı tərk edərək sürətlə paltardəyişmə otağına qaçıb. 26 yaşlı futbolçunun geri dönməsi üçün baş məşqçi Joze Mourinyo təxminən 1.5 dəqiqə gözləməli olub. Ondan xəbər çıxmadığını görən portuqaliyalı mütəxəssis futbolçunun dalınca gedib. Sonradan məlum olub ki, futbolçu tualetə getmək üçün meydanı tərk edib.

Oyundan sonra Erik Dayer bildirib: “Tualetə getdikdən sonra Mourinyo arxamca gəldi. Amma nə etmək olardı? Tualet ehtiyacımı ödəməyə məcbur idim”.

Həm Dayer, həm də Mourinyo bildiriblər ki, belə durumların yaranması futbolçuların fiziki yüklənməsi ilə əlaqədardır. Qeyd edilib ki, “Tottenhem”li oyunçular 48 saat ərzində ikinci oyuna çıxıblar və güman ki, problem də bundan qaynaqlanır. Mourinyo ağır təqvimə görə İngiltərə Futbol Assosiasiyasını tənqid edib.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

"Bu gün baş verənlər tariximizə qızıl hərflərlə yazılacaq" - AÇIQLAMA

SONRAKI XƏBƏR

Binəqədidə yüzlərlə şəxs könüllü olaraq hərbi xidmətə yollanıb (FOTO)