Qrinvud və Foden milliyə çağırılmayacaqlar

Qrinvud və Foden milliyə çağırılmayacaqlar

“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud və “Mançester Siti”nin oyunçusu Fil Foden İngiltərə yığmasının Millətlər Liqasındakı matçları üçün dəvət almayacaqlar.

Qol.az “Sky Sport”a istinadən xəbər verir ki, buna səbəb futbolçuların İslandiya ilə görüşdən sonra (1:0) karantin qaydalarını pozaraq, qaldıqları otelə qızlar dəvət etməsidir. Yığmanın baş məşqçisi Qaret Sautqeyt hadisədən qısa müddət keçdiyi üçün 18 yaşlı hücumçunu və 20 yaşlı yarımmüdafiəçini komandanın tərkibinə daxil etməyi düşünmür.

Qeyd edək ki, İngiltərə yığması bu ay Uelslə yoxlama oyunu keçirməklə yanaşı, Millətlər Liqasında Belçika və Danimarka ilə qarşılaşacaqlar.

Mənbə: qol.az