"Milan" futbolçusunu 20 milyon avroya satdı

"Milan" futbolçusu Lukas Paketanı "Lion"a satıb.

Qol.az xəbər verir ki, bu barədə Fransa klubunun saytı məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

İtaliya mətbuatı bu transfer üçün "Lion"un 20 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, 25 yaşlı oyunçu yeni klubunda ilinə 2.5 milyon avro qazanacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Suriyaya dair yeni sanksiyalar tətbiq etdi

SONRAKI XƏBƏR

İnformasiya müharibəsi üçün bəzi sosial şəbəkələrin fəaliyyəti bərpa olunmalıdır