Qol vurduğu "Milan"a transfer olundu

Qol vurduğu "Milan"a transfer olundu

Milan" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, İtaliya təmsilçisi "Bodo Qlimt"in (Norveç) hücumçusu Yens Petter Heyqeninin transferini bitirib. 20 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

İtaliya mətbuatı bu transfer üçün "Milan"ın 5 milyon avro ödədiyini yazıb

Qeyd edək ki, Y.Petter bu mövsüm Norveç təmsilçisinin heyətində Avroliqanın 3-cü təsnifat mərhələsində "Milan"a qarşı (2:3) matçda iştirak edib. O, komandasının qollarından birinin müəllifi olub.

Mənbə: qol.az