Şəhriyar Məmmədyarov: "Ermənistan hökuməti qəsdən müharibə yolunu seçdi"

Şəhriyar Məmmədyarov: "Ermənistan hökuməti qəsdən müharibə yolunu seçdi"

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı dünya və beynəlxalq şahmat ictimaiyyətinə müraciət edib.

Erməni işğalı altında olan Zəngilan şəhərindən olduğunu xatırladan qrossmeyster 7 il həmin bölgədə yaşadığını və şahmatla məşğul olmağa orada başladığını bildirib.

Məmmədyarov dayılarının Zəngilanda şahmat dərsi keçdiklərini, babasının isə qədim kəndlərdə məscidlər tikdirdiyini vurğulayıb: "7 yaşım var idi və Ermənistan silahlı qüvvələri tərəfindən evlərimizdən qovulduğumuz həmin dövrü yaxşı xatırlayıram. O vaxtdan doğma kəndimi yalnız fotolarda görmüşəm. Kəndimiz, uşaqlıq xatirələrim üçün darıxır, oraya getmək, vətənimin havasını udmaq istəyirəm. Demək olar ki, 1 milyona yaxın məcburi köçkün öz torpaqlarını itirib, mən və ailəm kimi eyni hissləri yaşayırlar. Biz evlərimizi, məscidlərimizi, qoəcdadlarımızın məzarlarını, tarixi abidələri, muzeyləri, mədəniyyəti və uşaqlıq xatirələrini itirdik".

Şahmatçı bildirib ki, Azərbaycan təcavüzkar deyil: "Buna sübut kimi 30 ildir beynəlxalq səviyyədə tanınmış ərazilərimizin sülh yolu ilə azad olunmasını gözləyirik. Təəssüf ki, Ermənistan hökuməti qəsdən müharibə yolunu seçdi və təbliğat və təxribat yolu ilə münaqişəni alovlandırmağa çalışır"

Mənbə: moderator.az