"Barselona" müdafiəçi aldı, 400 milyon avro qiymət qoydu - Rəsmi

"Barselona" müdafiəçi aldı, 400 milyon avro qiymət qoydu - Rəsmi

"Barselona" "Ayaks"ın futbolçusu Serdjino Desti transfer edib.

Qol.az Kataloniya klubunun saytına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Barselona" bu transfer üçün 21 milyon avro və bonus olaraq 5 milyon avro ödəyəcək.

La Liqa təmsilçisi amerikalı oyunçuya 400 milyon avro təzminat qiyməti qoyub.

Qeyd edək ki, Dest ötən mövsüm 36 matçda 2 qol vurub, 6 qolun ötürməsini verib.

Mənbə: qol.az