"Fənərbaxça" hücumçu aldı

"Fənərbaxça" hücumçu aldı

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Son olaraq “Alanyaspor”da çıxış edən Papiss Sissenin azad agent kimi İstanbul təmsilçisinə keçdiyi bildirilib. 35 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son 2 mövsüm “Alanyaspor”da oynayan P.Sisse komandanın heyətində 65 matça çıxaraq, 42 qol vurub və 2 qolun ötürməsini verib.

Mənbə: qol.az